Olay
Olay

“Qızıma tüfəng verdim ki...”

“Qızıma tüfəng verdim ki...”

Xalq artisti Aygün Səmədzadə heyvan sevgisindən danışıb.

OLAY yazır ki, bu barədə o, “Bağ mövsümü” verilişində açıqlama verib.

Sənətçi başına gələn maraqlı hadisədən də söz açıb:

“Bir neçə il bundan əvvəl iyun ayının 6-ı idi. Qapını açdım. Şəhərə getmək istəyirdim, gördüm ki, bir qara at var. Onu da tutmaq istəyirdilər, amma bacarmırdılar. Mən qapını açdım, at bizim həyətə girdi. Özü də studiyaya getməliyidim. Qızım Ülkərə  bir yalançı tüfəng verdim ki, kimsə atı aparmaq istəsə, əlində olsun. Axşam studiyada idim, əmim zəng etdi ki, Aygün sizdə at var, sahibi gəlib, bilirlər ki, sizin həyətdədir. Mən də söylədim ki, əmi, ona de, atın şəxsiyyət vəsiqəsini gətirsin. Atın səsi çıxdı, onu da verdik getdi. 8 itim, iki pişiyim, tısbağam, bir də kirpilərimiz var. Sayını itirmişəm”.