ATV onlarla yollarını ayıran "Buğlama"nın yerinə yeni komediya şousu hazırlayıb.
OLAY yazır ki, "Külləmə" adlı layihədə aktyorlar Elcan Rəsulov, Məcid Hüseynov, aktrisa Sənurə Cəfərova və Nuranə Həmidova yer alıb. TV proqramın tezlikdə ATV-də yayımlanacağı nəzərdə tutulur.
Qeyd edək ki, aparıcı İlkin Həsəninin rəhbərlik etdiyi "İLk media" istehsalı olan "Buğlama" yeni sezondan Space TV-yə transfer olmuş, hər şənbə sözügedən kanalda yayımlanmağa başlamışdı. Həmin şouda aktyorlar İlkin Misgərli və Nicat Rəhimov da yer alır.