Olay
Olay

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, onun vəziyyəti xəstəxananın nəzarəti altındadır:

“Ceyhun Əsgərovla bağlı zəng edib, maraqlanan dostlar, narahat olmayın, hər şey yaxşıdır. Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hal-hazırda da onun yanındayam. KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik! İnşallah, tezliklə sağalar!”.

Qeyd edək ki, C. Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.