Olay
Olay

Ukraynalı xanımı İslamı qəbul edib

Ukraynalı xanımı İslamı qəbul edib

Azərbaycan əsilli məşhur reper Jah Khalib (Bəxtiyar Məmmədov) ukraynalı xanımının hicab bağladığını açıqlayıb.

OLAY yazır ki, bu barədə o, qonaq olduğu «Орта» video podkastında danışıb.

Sənətçi deyib ki, xanımı İslam dinini qəbul edib:

“Həyat yoldaşım İslamı qəbul etmiş ukraynalıdır. Bir dəfə ona “hicab taxmağa çalış” dedim. O biri tərəfdən “bu qəşəngdir” deyərək içəri keçdim. Afrikalı qadınlar şərflərini gözəl taxırlar. O, Afrika mədəniyyətini və musiqisini sevir. “Bax necə də qəşəngdir” deyərək ona bir şəkil göstərdim. O, əvvəlcə türban kimi taxmağa çalışdı. Tez bir zamanda hicaba öyrəşdi. Sonra dedim ki, sadəcə onu çıxar və çölə çıxmağa çalış, görək necə hissdir. 3-4 ay hicabda gəzib, sonra başı açıq çölə çıxanda özünü çılpaq və etibarsız hiss etdiyini dedi”.

Qeyd edək ki, sənətçinin bu evlilikdən Sofiya adlı qızı var.