Olay
Olay

Vəfat edən jurnalist AİD-in atası imiş...

Vəfat edən jurnalist AİD-in atası imiş...

Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalov keçmiş H.O.S.T qrupunun üzvü, reper Orxan Zeynallının (AİD) atası imiş.

OLAY-ın məlumatına görə, 61 yaşında dünyasını dəyişən jurnalistin dəfninə oğlu qatıla bilməyib.

Buna səbəb isə sənətçinin uzun illərdir Amerikada yaşamasıdır.

O, sosial şəbəkədə atası ilə fotosunu paylaşaraq bunları yazıb:

“Prospektin yazılmamış bir nömrəli qanunu - “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi-kecimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar… Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata”.

Qeyd edək ki,  A. Zeynalov ötən il kardioloji problemləri olduğunu açıqlamışdı.