Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova uzun müddət sonra səhnəyə qayıdır.
OLAY yazır ki, o, “Günün sədası” proqramında qonaq olub.
Zümrüd bildirib ki, bacısı ilə duet mahnı da hazırlayıblar:
“Bizim bir duetimiz var. Aygün özü bəstələyib. Oxumuşuq. Sadəcə bir araya gələ bilmirik ki, hansısa verilişdə ifa edək. Bu yaxınlarda dedi ki, pandemiya da bitir, gəl, ciddi başlayaq, davam edək. Məni dəstəkləməyə çalışır”.