Olay
Olay

Azərdən qaziyə qeyri-etik hərəkət

Azərdən qaziyə qeyri-etik hərəkət

Aparıcı Azər Zahidin qazi Amil Əliyevə qarşı qeyri-etik hərəkəti müzakirə yaradıb.

OLAY yazır ki, o, TikTok-dakı layihəsində qonaq olan qazilərə canlı yayımdan yığılan məbləği təqdim edib. Onlara zərfləri verərkən müharibədə hər iki gözünü itirən Amilə “Sən onsuz da saya bilməyəcəksən” deyib.

Onun bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Amil İkinci Qarabağ müharibəsində düşmən postuna az qalmış minaya düşərək ağır yaralanıb. Hər iki gözünü itirən 22 yaşlı gəncin həyatını komandiri xilas edib.