Olay
Olay

Damla kosmonavt geyiminin 3 saatlıq kirayəsinə bu qədər verdi

Damla kosmonavt geyiminin 3 saatlıq kirayəsinə bu qədər verdi

Müğənni Damlanın “İlan” klipində istifadə etdiyi kosmonavt geyiminin maddi dəyəri üzə çıxıb.

Bu barədə OLAY-a sənətçinin prodüseri Şamil İbrahimov  məlumat verib.

O bildirib ki, ekran işində istifadə edilən kosmonavt forması üçün Damla 3 min manatından keçməli olub.

Belə ki, geyimin bir saatlıq kirayə haqqı 1000 manata başa gəlib.

Qeyd edək ki, Damlanın bir neçə gün əvvəl təqdim etdiyi “İlan” klipi müzakirələrə səbəb olub. Onun ekran işində rahibə obrazını canlandırması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Onu da bildirək ki, mahnının söz və musiqisi Miroya məxsusdur. Klipin rejissoru isə Orxan Süleymanlıdır (Orkhansway).