Azərbaycanlı tanınmış aparıcılar Aytən Səfərova və Leyla Quliyeva ötən günlərdə intihar edən Laçın adlı yeniyetmə haqda paylaşım ediblər.
OLAY yazır ki, onlar gənc qızın atasına görə canına qəsd etməsinə reaksiya veriblər.
A. Səfərova deyib ki, heç bir övlad valideynə cavabdeh deyil:
“Lakin hər bir valideyn övladına görə cavabdehdir. Həm bəndələrin, həm də Allahın qarşısında. İndi gedin, cavab verin. Görək hansı cavabdan daha yüksək bal toplaya biləcəksiniz? Siz bu imtahandan keçə biləcəksinizmi?”.
L. Quliyeva isə məsələ haqda bu sözləri qeyd edib:
“Və bundan sonra “ata” yaşamağa davam edir. Yəni bir imtahan insan həyatından önəmlidir?! O qızcığaz qəbul imtahanından kəsilmişdi, sadəcə qəbul imtahanından…”.
Qeyd edək ki, universitetə qəbul imtahanından kəsilən Laçına atasının “Mən işdən gələnə qədər özünü öldür” dediyi iddia olunub. Məlumata görə bundan sorna gənc qız canına qəsd edib.