Olay
Olay

Aparıcı, cazmen, pop və repçi bir arada

Aparıcı, cazmen, pop və repçi bir arada

Azərbaycanda dörd tanınmış xanımın iştirakı ilə maraqlı layihə təqdim olunub.

OLAY yazır ki, onlar müğənni Dilarə Kazımova, caz ifaçısı Ülviyyə Rəhimova Jones, İTV-də  “Yeraltı” verilişinin aparıcısı Fidan Cəfərova və ilk rep deyən xanım Ülkər MC’Rain-dır.

“İsti – isti” adlı əyləncəli mahnının rejissorluğunu Ramal Nəsibli, beatmakeri Murad Pika, mix-masteringini Emin Kərim edib.

Ekran işinin təqdimatı üçün ayrıca bəstənin adı ilə YouTube və digər musiqi platformalarda hesablar açılıb və layihə ötən gün təqdim edilib.

Yay ab-havalı klipin mahnısında sosial mesajlar da verilib.