Türkiyənin serial ulduzu Hande Erçel ən gözəl aktrisa seçilib.
OLAY yazır ki, nüfuzlu “Nubia Magazine” beynəlxalq dərgisi tərəfindən aparılan anket səsverməsində ən çox xalı Hande toplayıb.
Sorğu Azərbaycan, İtaliya, İspaniya, Braziliya daxil olmaqla 51 ölkədə aparılıb. Beləliklə, 2022-ci ilin ən gənc gözəl aktrisa ünvanına H. Erçel layiq görülüb.
Siyahıda ikinci Demet Özdemir, üçüncü Elçin Sangu olub.