Olay
Olay

Milyonlar qazandılar!

Milyonlar qazandılar!

Dünyaca məşhur aktyorların son illər yer aldıqları filmlərdən qazandıqları məbləğ açıqlanıb.

OLAY yazır ki, siyahıda ən az məbləğ Timoti Şalametdədir. O, “Wonka” filmindən 9 milyon dollar qazanıb.

“Stranger Things”in ulduzu Milli Bobbi Braun “Enola Holmes 2”dən 10 milyon dollar gəlir əldə edib.

Marqot Robbi və Rayan Qoslin birlikdə rol aldıqları “Barbi” filmindən isə 12,5 milyon dollar qonorar alıblar.

Bu 5 sənətçi isə hərəsi çəkildikləri ekran işindən 20 milyon dollar qazanıblar:

Kris Hemsvörz “Extraction 2”,

Vin Dizel “Fast X”,

Rayan Reynolds “Spirited”,

Xoakin Fineks “Joker 2”.

Dauni Conson “Black Adam” filmindən 22,5 milyon dollar qazanc əldə edib.

Bred Pittin isə “Formula 1 Drama”dan 30 milyon gəliri olub.

“Killers of the Flower Moon” filmində rol alan Leonardo DiKaprio da 30 milyonun sahibi olub.

Zirvənin şəriki isə Uill Smitdir. O, “Emancipation” adlı ekran işindən 35 milyon dollar qazanıb.

Ən çox pul qazanan isə Tom Kruzdur. O, “Top Gun: Maverick”dən 100 milyon qazanc əldə edib.