Olay
Olay

Emili Ratajkovskinin boşandığı təsdiqləndi

Emili Ratajkovskinin boşandığı təsdiqləndi

Dünyaca məşhur model Emili Ratajkovski ilə əri Sebastian MakKlardın boşanması rəsmi olaraq təsdiqlənib.

OLAY yazır ki, cütlük boşanma barədə məlumat verməsə də, bu addımı Emilinin atdığı bildirilir. Boşanmaya səbəb isə Sebastianın xəyanəti olub.

Qeyd edək ki, Emili və 41 yaşlı prodüser 2018-ci ildə evləniblər və onların Silvester adlı oğulları var.