Olay
Olay

Cici və Zayn ayrıldı - Qayınanasını döyüb

Cici və Zayn ayrıldı - Qayınanasını döyüb

Dünyaca məşhur cütlük Cici Hadid və Zayn Malik ayrılıb.

OLAY yazır ki, iddialara görə, buna Zaynın qayınanası Yolanda Hadi döyməsi səbəb olub.

Bildirilir ki, Yolanda qızı evdə olmayanda onların evinə gedib və Zaynla mübahisə edib. Mübahisə zamanı müğənni qayınanasını vurub. Y.Hadid isə onu polisə verəcəyini deyib.

Hadisədən sonra müğənni sosial media hesabında açıqlama yayıb:

“Bildiyiniz kimi, mən özəl bir insanam və qızımın böyüməsi üçün güvənli və məhrəm bir sahə yaratmaq istəyirəm - şəxsi məsələlərin dünya səhnəsində nümayiş etdirilmədiyi bir yer. Bu sahəni onun üçün qorumaq məqsədilə bir neçə həftə öncə həyat yoldaşım evdə yox ikən evə girən bir ailə üzvü ilə etdiyim mübahisədən qaynaqalanan iddialara etiraz etməməyi qəbul edirəm. Bu, özəl bir mövzu idi, hələ də elə olmalıdır. Ancaq hazırda ayrılıq var. Qızımın haqqı olduğu şəkildə valideynlik etməyi bacardığımız sülh dolu ailə ortamına yenidən qovuşmaq üçün çabalasam da, vəziyyəti düzəldə bilməmişəm”.

Daha sonra o TMZ-yə verdiyi açıqlamada Yolanda Hadidi vurmadığını bildirib. Bu haqda danışmaq istəmədiyini, Yolandanın ailəni bir arada tutmaq üçün sülhsevər yanaşma etməsini istəyib.

Qeyd edək ki, cütlük 2015-ci ilin noyabrında tanış olub. 2018-ci ildə ayrılan cütlük 2020-ci ilin yanvarında yenidən barışdıqlarını elan etdilər. Onlar ötən ilin aprelində isə övladlarının olacağını bildirib. Hazırda cütlüyün 1 yaşında Xai adlı qızı var.