Müğənni Rəqsanə İsmayılova oğlu Məhəmməd Əlinin kiçik toyuna gələn qonaqlar üçün dress-kod təyin edib.
OLAY yazır ki, məclisdə iştirak edənlərin mavi, bəyaz və ya qızılı rəngdə geyimlərdən istifadə etməsi tələb olunub. Həmin rəng libaslarda gəlməyən qonaqlar isə buraxılmayacaq. Sözügedən mərasim bu ayın 25-i baş tutacaq.
Qeyd edək ki, Rəqsanənin qızı Aysun İsmayılova bir müddət əvvəl kiçik toyun mediaya qapalı olacağını bildirmişdi.