2008-ci ilin populyar seriallarından olan “Aşk-ı Memnu”nun baş qəhrəmanları olan Kıvanç Tatlıtuğ və Beren Saatın filminin yayımlanacağı platforma bəlli olub.
OLAY Türkiyə KİV-inə istinadən yazır ki, sevgi hekayəsindən bəhs edən ekran işi “Netflix” platformasında təqdim olunacaq.
Çəkilişlər isə Nyu-York şəhərində baş tutacaq.