Məşhur türk reper Murda Bakıda konsert vermişdi. Günlər sonra sənətçinin paytaxt səhnəsindən yayılan görüntüsü müzakirə yaradıb.
Belə ki, səhnədə ayaqqabısının ipləri açılan sənətçi onu tamaşaçılardan birinə bağladıb.
OLAY-ın məlumatına görə, sözügedən izləyici isə “Miss Azərbaycan 2021” seçilən Milan Babayeva imiş.
Milan Murdanın ayaqqabısını bağlayandan ifaçı ona yaxınlaşıb və üzündən öpməsinə icazə verib.