Olay
Olay

“Kim irəli gedirsə, “gözünə girir””

“Kim irəli gedirsə, “gözünə girir””

“Gecənin bir aləmi camaatı manipulyasiya edib, insanlara qarşı doldurursan. Niyə? Çörəyinə bais oluram, ya dəstəkçini əlindən alıram? Sənin elədiklərini etmirəm”.

OLAY yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva TikTok hesabında açdığı canlı yayımda aparıcı Azər Zahid haqda deyib. Azərin sənətçinin arxasınca danışması onu özündən çıxardıb:

“Deyirsən ki, bunları TikTok-dan çıxartmaq lazımdır. Mənim sənlə nə işim var ki? Kim irəli gedirsə, “gözünə girir”. Gör, sən buranı nə qədər ciddiyə alırsan ki, oturub canlı yayım açırsan. Mən ən azından qazandığım pulla yardımlar edirəm. Qazilərə, ehtiyacı olan şəxslərə pul atıram. Onlarla canlı yayım açıram. Sən nə edirsən? Hələ bir dəfə sənin kiməsə kömək etdiyini görməmişik”.