Olay
Olay

Bişkekdə Qarabağla bağlı erməni filmi qalmaqal yaratdı

Bişkekdə Qarabağla bağlı erməni filmi qalmaqal yaratdı

İyulun 8-də Qırğızıstanda Çingiz Aytmatov adına Kino Evində rejissor Norı Martirosyanın Ermənistan-Azərbaycan münaqişəsində erməni təbliğatının daha bir vasitəsi olan “Külək dayansa” (Si le vent tombe) filminin nümayişi keçiriləcək.

OLAY yazır ki,  premyeranı Bişkekdəki Fransız Alyansı və Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamenti elan edib.

Lakin, Azərbaycandan olan sosial şəbəkə istifadəçiləri filmin nümayişinə etiraz ediblər. Elanlar həm nazirliyin rəsmi internet saytından, həm də idarənin feysbuk səhifəsindən silinib.

Kinematoqrafiya Departamenti hələ nə rəsmi saytında, nə sosial şəbəkələrdəki səhifələrində, nə də Qırğızıstan KİV-lərində nümayişin ləğvi ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

1news.az