Olay
Olay

“The Body Shop” Bakıda ilk rəsmi mağazasını açır!

“The Body Shop” Bakıda ilk rəsmi mağazasını açır!

İngiltərənin məşhur baxım markası “The Body Shop” artıq Azərbaycanda rəsmi olaraq fəaliyyətə başlayır.

OLAY yazır ki, mağaza hər kəs üçün əlçatan ünvanda, Sahil metrostansiyasının çıxışında Üzeyir Hacıbəyov küçəsi 26 D ünvanında yerləşir.

Öz fəlsəfəsi ilə dünyada məşhur olan “The Body Shop”-un əsası 1976-cı ildə Anita Roddik tərəfindən İngiltərənin Brayton şəhərində qoyulmuşdur. Brendin 70-dən çox ölkədə 3000-ə yaxın mağazası var. Təbiətə dost, etik gözəllik və baxım markası artıq 40 ildən çoxdur ki, öz müsbət iqtisadi, sosial təsiri və ətraf-mühitə faydalı fəaliyyəti ilə bütün dünyaya səs salmışdır.

Mağaza ziyarətçiləri markanın bütün seriyadan olan məhsulları ilə yaxından tanış ola hətta onları yerindəcə sınaqdan da keçirə bilər. İnteryeri özünəməxsus olan bu məkanda insan özünü lap təbiətin bir parçası kimi hiss edir. Təbii inqredientlərdən hazırlanan və tamamilə vegetarian olan məhsulların heç biri heyvan üzərində sınaqdan keçirilməmişdir. 

Bundan əlavədə, mağazada “yenidən doldurun” adlanan nöqtədə siz plastik qablaşdırmaya qənaət edərək aldığınız “yenidən doldur” butulkasını təkrar məhsulla doldura bilərsiniz, özü də daha sərfəli qiymətə! Həm təbiətin həm özünün gözəlliyinin qeydinə qalan hər kəs “The Body Shop” məhsullarını rahatlıqla sınaya bilər! 

Aldığımız məlumata görə mağaza bu yaxınlarda təntənəli açılış mərasimi etməyi planlayır. Bu və digər yeniliklərlə bağlı xəbərdar olmaq istəyirsinizsə markanın aşağıdakı rəsmi sosial media hesablarını izləyin:

Facebook: The Body Shop Azerbaijan
Instagram: thebodyshopazofficial