Olay
Olay

“Səidə o sözləri mənə deməz”

“Səidə o sözləri mənə deməz”

Müğənni Şəbnəm Tovuzlu həmkarı Səidə Sultanın açıqlamalarına cavab verib. 

Bu barədə sənətçi OLAY-a danışıb. O bildirib ki, əxlaqla bağlı sözlərini Səidə haqqında səsləndirməyib:

“Mən tək Səidəni nəzərdə tutmurdum. O, həmin fikirləri mənim haqqımda səsləndirməz. Söhbət bizim bəzi estrada müğənnilərinin oxuduğumuz mahnıları bəyənməməsindən gedirdi. Başqalarını nəzərdə tutmuşam.

Bəzi estrada ifaçıları var ki, bizim mahnılarımız haqda nəsə deyirlər. Mən də söylədim ki, geyimləri, açıq-saçıqlıqla sənəti ölçürlərsə, onda ən qapalı, tərbiyəli, mədəni geyinən xanım mənəm. Özümlə bu cür öyünüm. Mən verilişdəki açıqlamamdan sonra Səidə ilə danışmışam. Fikrimcə, o, həmin sözləri mənə deməz”.