Müğənni Türkan Vəlizadə ad çəkmədən həmkarlarının birini tənqid edib.
Aysun İsmayılovanın toyunda səhnəyə çıxan sənətçinin “dərdi açılıb”. O, mahnı ifa etməzdən əvvəl müğənnilərdən biri barədə danışıb.
Sözügedən anlar OLAY-ın kamerasına tuş gəlib:
“Bir müğənni var, adını çəkməyəcəyəm. Məclislərin birinə düşdük, mənə söz verdilər. Bir dostumuz var dedi ki, müğənni var, o da sizinlə bir yerdə oxusun. Dedim, oxusun. Özümə şərəf bildim onu, o, özünə şərəf bilsin! Adını çəkdim, təqdim etdim, dedim, gəl, bir yerdə oxuyaq. Qayıtdı ki, əşi, mən tək oxumalıyam, mən mənəm! Amma o deyil ha! Əli işarə etdi ki, yox! Dedim hə, yaxşı!
Ay bala, sən özünə şərəf bil ki, Türkan Vəlizadə ilə oxuyursan! Biz bu yerə gəlmək üçün çox əziyyət çəkmişik! Ömür boyu “palatka” toylarında oxumuşuq, əziyyət çəkmişik. Nə olar ki? Bu günə gəlib çıxmışıq, min şükür! Elə sənətkarlar var ki, səhnəyə çıxırsan, mikrofonu sənin əlindən alırlar. Amma biz bu gün varıq da, nə olar ki? Biz də deyirik ki, siz də gəlin, bizimlə bir yerdə oxuyun”.