Olay
Olay

“İrandan gələnlərə pulla qucaq açır”

“İrandan gələnlərə pulla qucaq açır”

İrandan olan müğənni Afşin Azəri aparıcı Zaur Kamalla olan qalmaqala aydınlıq gətirib.

OLAY yazır ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Sənətçi deyib ki, Zaurun efirdə söylədikləri yalandır:

“Dedi ki, guya, mən söyləmişəm ki, niyə İrandan müğənniləri çağırırsan? Bunu deməmişəm. Amma söylədim ki, sən hər kişinin səviyyəsini bilməlisən. Mənə bildirdi ki, filankəs haqqında efirdə danış. Niyə ? Söylədim ki, qətiyyən danışmaram, hələ də mənim yerlimdirsə. Ona görə qayıtdı ki, sən qorxaqsan. Dedim ki, qorxuram. Axı ondan niyə danışmalıyam?! Mən kimisə sevməyə bilərəm, amma ona qarşı səviyyəsizlik etmərəm. Deyir, yeganə adamdır ki, İrandan gələnlərə qucaq açıb. Onların arasında dostlarım var. Bilirəm ki, onlara pul ilə qucaq açıb”.

Qeyd edək ki, ötən gün Z. Kamal A. Azərini proqramından qovub.