Xalq artisti Miri Yusifin üç günlük konsert marafonunun ilk gün biletləri tamamilə satılıb.
OLAY yazır ki, 1-2-3 iyul üçün planlaşdırılan konsertə görə sənətçinin ailəsi də Kuşadasından Bakıya gəlib.
Miri “Konsertimin özəl qonağı Nərgizim” şərhi ilə həyat yoldaşı ilə çəkdirdiyi fotonu paylaşıb.
Qeyd edək ki, müğənni Yaşıl Teatrda səhnəyə çıxacaq. O, 3 saata yaxın vaxt ərzində sevilən hitlərini səsləndirəcək.