Bu gün Şuşa şəhərində “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin yaradılmasının 1 illiyi və SSRİ Xalq aristi  Bülbülün anadan olmasının 125 illiyi münasibətilə konsert baş tutub.

OLAY yazır ki, tədbirə bir çox tanınmış sənətçi qatılıb.

Xalq artisti Faiq Ağayev, müğənnilər Zamiq Hüseynov, Samir Cavadzadə, Çinarə Məlikzadə, xanəndə Mirələm Mirələmov qonaqlar sırasında olub.

Tədbirdən sonra Xalq artisti Polad Bülbüloğlu F. Ağayevin səsləndirdiyi mahnıya rəqs edib. Bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Polad Bülbüloğlu Faiqin ifasına rəqs etdi - Video Polad Bülbüloğlu Faiqin ifasına rəqs etdi - Video