Olay
Olay

Bülent liftli məzar xəbərini yalanladı

Bülent liftli məzar xəbərini yalanladı

Müğənni Bülent Ersoy özünü köməkçisi kimi təqdim edən Fevzi Siverekin 1,5 milyon lirəyə liftli məzar hazırlatması barədə açıqlamasını qınayıb. 

OLAY yazır ki, o, məlumatların doğru olmadığını qeyd edib:

“Əziz atamın dəfn mərasimi zamanı dediyim sözlərin videosu əvvəlcə instaqramda yayıldı, sonra müsahibədə mənə bu mövzu ilə bağlı sual verildi. İndi isə 1,5 milyon TL büdcə ayrıldı. Bülent Ersoyun məzarı dərin olacaq, liftlə enəcək.

Mənim haqqımda açıqlama verən və ya edə biləcək hər hansı şəxsin və ya şəxslərin bu “cəfəngiyyat” sözləri mediada belə böyük yer tutacaqmı? “Məzarı üçün 1,5 milyon TL ayırdı” başlıqları mətbuat azadlığı çərçivəsindədirmi? Bu başlıqlar, xəbərlər məntiqli və etikdirmi? Yeri gəlmişkən, mənim səlahiyyətli menecerim Haluk Şentürkdür”.