Olay
Olay

Elmirayla Turaldan dəbdəbəli ad günü

Elmirayla Turaldan dəbdəbəli ad günü

Ötən gün məşhur influenserlər Tural Namazov və Elmira Namazova oğlu Alparslana ad günü ediblər.

OLAY yazır ki, cütlük 2 yaşına qədəm qoyan övladlarına dəbdəbəli hotellərin birində məclis keçiriblər.

Gecədə Xalq artisti Miri Yusif, Əməkdar artist Ədalət Şükürov, müğənnilər Rəhim Rəhimli, Ramal İsrafilov, Aysun İsmayılova, reper Aslixan, DJ Roşka və başqaları səhnə alıb.

Rəhim Rəhimlinin məclisdə iştirakı sürpriz olub. Belə ki, cütlüyün yaxın dostları blogerlər Nagehan və Fərid Abdullayevlər sənətçini tədbirə Elmirayla Turaldan xəbərsiz dəvət edib.

Doğum gününə qatılanlar sırasında tanınmış simalar, yerli influenserlər də olub.