Olay
Olay

Mark Eliyahu 3-cü dəfə Bakıda

Mark Eliyahu 3-cü dəfə Bakıda

Məşhur kamança ustası Mark Eliyahu Bakıda konsert verib.

OLAY yazır ki, Markın maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutub.

Konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir. Gecəyə sənətçinin azərbaycanlı dinləyiciləri tərəfindən böyük maraq olub. Bİletlərin hamısı satılıb.

Qeyd edək ki, 1982-ci ildə  Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.

Onu da bildirək ki, Mark bundan əvvəl iki dəfə Bakıda konsert verib.