Məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.
OLAY yazır ki, Markın maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq.
19 iyunda keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir. Gecəyə biletlərin qiyməti isə 40-220 manat arası dəyişir.
Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.