Olay
Olay

Xanımı azərbaycanlı blogerlərlə foto paylaşan Anılı qısqandı

Xanımı azərbaycanlı blogerlərlə foto paylaşan Anılı qısqandı

Türkiyəli məşhur aktyor Anıl Altan “Formula 1” yarışları üçün Azərbaycana təşrif buyurub.

OLAY yazır ki, sənətçi burada azərbaycanlı tanınmış blogerlərlə bir araya gəlib.

Anıl Nigar Fərzəliyeva (NigarFarzali), Aytən Fərzəliyeva (by__aitanfarzaliyeva), Arzu Cəlili (Arzu.ja), Səbinə Orucova (Sabiorudjeva) və başqaları ilə fotosunu instaqramda paylaşıb.

Lakin bu görüntünü Altanın xanımı Pelin Akil qısqanıb. O bununla bağlı Anılla birgə açdığı instaqram canlı yayımında danışıb.

“Sən oradan mədəniyyətləri, yeməkləri ilə bağlı paylaşım et. Qızların qarşısında niyə diz çökürsən? Fotoşoplu kimi qızları paylaşmısan. Mən də bu halda...”, - deyə Pelin bildirib.

Anıl isə həmin xanımların hər birinin öz sevgilisi olduğunu söyləyib.

“Boyum uzun olduğu üçün diz çökdüm. Yoxsa qızlar görünmürdü. Sən bu halında da gözəlsən. Hətta onlar da utandı, öz aralarında danışdılar ki, biz makiyajla belə gözəl ola bilmirik”, - deyərək Pelinə zarafatla cavab verib.