Olay
Olay

“Özümü aldadılmış, istifadə olunmuş kimi hiss etdim”

“Özümü aldadılmış, istifadə olunmuş kimi hiss etdim”

“Xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsi üçün pultoplama kampaniyası keçirilən Aytən İsmayılova bu gün xəbər vermişdi ki, toplanan pulların böyük qisminin keçmiş əri Kamran İsmayılzadə mənimsəyib. Çox pis oldum. Axı insanlar mənə inanıb, paylaşdığım statusa görə Aytənin kartına çoxlu pul köçürmüşdülər”.

OLAY yazır ki, bu sözləri feysbukda Xalq artisti Faiq Ağayev qeyd edib.

O bildirib ki, A. İsmayılovanın keçmiş həyat yoldaşı ilə danışaraq problemi həll edib:

“Özümü aldadılmış, istifadə olunmuş hiss etdim. Özümə yer tapa bilmirdim. Dərhal Kamranın mənə yığdığı nömrəyə zəng etdim, lakin danışa bilmədim, telefonu üzümə qapadırdılar.  Az sonra Kamran özü mənə zəng edib, məsələni izah etdi.

Dediyinə görə, problem bu ayrılmış cütlüyün uşaqlarının alət kimi istifadə olunmasındaymış. İddia edir ki, ona uşaqlarla görüşmək imkanını əngəlləmişdilər. O da belə qənaətə gəlib ki, toplanan vəsaiti Yaşat Fonduna köçürsün. Danışıb, yola gətirdim. Pulları yenidən Aytənin kartına yüklədi. Bir xahişi oldu ki, onu pis adam kimi qəbul etməsinlər. Ata hisslərini anlasınlar”.