Olay
Olay

Britni Spirs evləndi

Britni Spirs evləndi

Ötən gün dünyaca məşhur müğənni Britni Spirs ailə həyatı qurub.

OLAY yazır ki, estrada ulduzu beş illik nişanlısı Sem Asqari ilə münasibətlərini rəsmiləşdirib.  

Məhdud sayda qonaqların dəvət olunduğu toy Los-Ancelesdə baş tutub. Məclis mətbuata qapalı keçirilib, özəl gündən heç bir foto KİV-də dərc edilməyib.  

Qeyd edək ki, Spirs 28 yaşlı idman məşqçisi ilə 2016-cı ildə klip çəkilişində tanış olub. Məhkəmə tərəfindən qızına qəyyum təyin edilən müğənninin atası Ceymi Spirs etiraz etdiyi üçün cütlük evlənə bilməyib.