Pandemiya dövründə efirlərdən uzaq gəzən müğənni Emma Ələkbərzadə sükutu pozub.
OLAY yazır ki, sənətçi uzun fasilədən sonra aparıcı Kamilə Babayevanın yeni proqramında qonaq olub. Verilişdə Emmanın bacısı, Əməkdar artist Sevda Ələkbərzadə də yer alıb.
Proqramdan əvvəl K. Babayeva hər iki tanınmış xanımla fotolarını instaqram hesabında paylaşıb. Lakin Emmanın fotodakı görüntüsü müzakirə yaradıb. Belə ki, ifaçının üzündəki şişlik və yorğun halı diqqətdən yayınmayıb.