Olay
Olay

Qanunsuz parkinq Xalq artistinin ittifaqına məxsus imiş

Qanunsuz parkinq Xalq artistinin ittifaqına məxsus imiş

Bakının Nəsimi rayonunda yaradılan qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

OLAY yazır ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSR Xalq artisti Şəfiqə Məmmədovadır.