Olay
Olay

“Göstərdim ki, 50 yaşında da bədənli ola bilər”

“Göstərdim ki, 50 yaşında da bədənli ola bilər”

Xalq artisti Faiq Ağayev 50 illik yubileyində çəkdirdiyi yarıçılpaq fotolardan danışıb.

OLAY yazır ki, bu barədə o, “Maqazin plus”a açıqlama verib. Ağayev bildirib ki, həmin fotosessiyanı bir neçə səbəbə görə etdirib:

“Nəyə görə yarıçılpaq şəkillər çəkdirdim? Göstərmək istəyirəm ki, adam 50 yaşında da bədənli ola bilər. Yaş hökm deyil, sadəcə rəqəmdir. Fikirləşdim ki, bir də nə vaxt bu görünüşdə belə fotosessiya etdirəcəm.

80 yaşımda baxıb deyəcəm ki, necə gözəl olmuşam. Başqa ölkənin sənətçisi olsa, hamı bəh-bəh deyəcəkdi ki, necə bədəni var.

Mənim fotosessiyamı hamı bəyəndi və bəraət qazandırdı. Hətta buna qarşı çıxan insanlar da dedi ki, Faiq Ağayeva olar. O ki qaldı təkrarçılığa... Məsələn, cəmi 7 not var. İstər-istəməz 3-4 not üst-üstə düşür. Ancaq texnologiyalarla yenilik etmək olar. Əgər təkrar yaxşı alınıbsa, onu alqışlamaq lazımdır”.