Olay
Olay

“Qızıl-brilliantı olmayan nə etsin?” - Tənqid etdi

“Qızıl-brilliantı olmayan nə etsin?” - Tənqid etdi

Prodüser Tarix Əliyev (Tolik) son günlər maddi sıxınıtları ilə gündəmə gələn Əməkdar artist Firuzə İbadovanı tənqid edib.

OLAY yazır ki, o, bu barədə “Onda görüşək” verilişində qonaq olarkən danışıb. Tolik mövzu haqda bunları söyləyib:

“Siz pulları yığıb özünüzə ikiotaqlı ev ala bilmədiz? Deyir, pandemiya vaxtı qızılları-brilliantları satıb dolandım. Bəs qızıl-brilliantı olmayan nə etsin? Siz toylarda, el şənliklərində pul qazanıb almısınız, dar gündə satmağa nəsə var. Olmayanlar nə edir? Siz brilliantlar taxanda, bunun həsrətində olan insanlar var idi. Cavanşir Məmmədov Azərbaycanda ən bahalı avtomobillərlə tanınan sənətkardır. Firuzə xanım 100 minlərlə qiyməti olan kliplər çəkdirməyib. Mahnı oxuyub, lentə yazdıran müğənnilər olub. Bunlar nəyə borc ediblər?”

Qeyd edək ki, F.İbadova “Günün sədası” proqramında qonaq olarkən 32 kvadratmetrlik evdə yaşadığını deyib.