Olay
Olay

Emin Rusiyada mükafat aldı

Emin Rusiyada mükafat aldı

Mayın 28-də Crocus City Hall-da RU.TV kanalının təşkil etdiyi 11-ci Rusiya Musiqi Mükafatı tədbiri baş tutub.  

OLAY yazır ki, kanal 20 nominasiya üzrə qaliblərin adlarını açıqlayıb və ulduzlar tamaşaçılara inanılmaz musiqi şənliyi yaşadıblar. 

Mərasimin fəxri qonaqları arasında Yuri Nikolaev, Stiven Siqal, Yana Rudkovskaya, DJ Groove, Viktor Drobysh, Leonid Rudenko, Anna Asti, Burito, Mark Ovski, Alexander Shoua, Mitya Fomin, İnna Malikova, Aleksey Çadov, Anastasiya İvka, Soqdiana, Sevil, Stas Kostyushkin, Alena Vodonaeva, Bella Potemkina, Elena Borshcheva, Fabrika qrupu, Bianca, Vanya Dmitrienko, Viktoriya Daineko, Denis Klyaver, Konstantin Mayor, Andrey Ponomarev, Olqa Seryabkina və başqaları olub. 

Həmçinin həmin axşam Dima Bilan, MakSim, Kristina Orbakaite, Zivert, Polina Qaqarina, Slava və Anna Semenovi kimi ulduzlar mükafata layiq görülüb. 

Azərbaycanın Xalq artisti Emin Ağalarov isə “Ən yaxşı albom” nominasiyası üzrə qalib olub.