Olay
Olay

Bakıda aktyorun performansı müzakirə yaratdı

Bakıda aktyorun performansı müzakirə yaratdı

Gənc aktyor Elmin Bədəlov Bakıda “Yay pozaları” adlı performansı ilə diqqət çəkib.  

OLAY yazır ki, o, səhnəciyini mayın 29-da Akademik Milli Dram Teatrının önündən başlayaraq Bakının Fəvvarələr Meydanına qədər təqdim edib. 

Elmin Bədəlovun sözlərinə görə, sakinlər şəhərin arxitekturasına soyuq və ya diqqətsiz baxır. Bu səbəbdən o, “Yay pozaları” adlı performansı ilə insanların Bakının küçələrinə onun gözü ilə baxmasını istəyir.

Video: Mikroskop Media