Olay
Olay

Xatirə əməliyyat olundu

Xatirə əməliyyat olundu

Müğənni Xatirə İslam əməliyyat olunub.  OLAY yazır ki, bu barədə ifaçı instaqramda məlumat yayıb.  

O, xəstəxanada video paylaşaraq səhhəti ilə bağlı bıçaq altına yatdığını qeyd edib.  

Xatirə qeyd edib ki, ginekoloji əməliyyat olunub.

Xatırladaq ki, Xatirə İslam 10 ilə yaxındır mayor Fəxrəddin Musazadə ilə evlidir. Onların bu nikahdan bir oğlan övladı var. Sənətçi dəfələrlə ikinci dəfə ana olmaq istədiyini açıqlayıb.  O, qız övladına sahib olmaq istəyir.  

Hətta, o, bunun üçün Rusiyada müalicə aldığı açıqlanmışdı.