Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.
OLAY yazır ki, musiqiçi “Xoş-beş” proqramında qonaq olarkən qızını Elməddinin fotosu ilə qorxutduğunu, ondan sonra övladının yemək yediyini bildirib:
“Qızım yemək yeməyəndə onu Elməddinin şəkli ilə qorxudurdum. “Xoxan” deyib, onu yedizdirirdim. Uşağın 6 yaşına kimi belə etdim”.