Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ad gününü təbrik edib.

OLAY yazır ki, E. Ağalarov bununla bağlı instaqramda post paylaşıb:

“Əzizim Leyla, ad günün mübarək! Hər şey üçün təşəkkür edirəm: övladlarımız, dəstəyin, münasibətin və dostluğun üçün. Sən möhtəşəm insansan. Həyat yollarımızın kəsişdiyi üçün özümü xoşbəxt sayıram. Bu gözəl həyatda sənə hər zaman ən gözəl və ən xoş günlər arzulayıram. Səni çox sevirəm”.

Qeyd edək ki, E. Ağalarovla L. Əliyevanın evliliklərindən 3 övladı var.