“Kalush Orkestra” Avroviziya mükafatını hərraca çıxarmaq niyyətində olduqlarını açıqlayıb.
OLAY yazır ki, bu barədə qrupun solisti Oleh Psiuk mətbuat konfransında məlumat verib.
Toplanan pullar Ukraynaya və silahlı qüvvələrə dəstək üçün xeyriyyə fonduna bağışlanacaq.
“Biz kuboku hərraca çıxarmağı, bütün pulu Silahlı Qüvvələrə və ölkəmizə kömək edən yardım fonduna bağışlamağı planlaşdırırıq. Baxın, artıq bir çox insan xaricdən köməklik edir və bəlkə də daha çox insan ianə etmək istəyir. Və düşünürük ki, bu, onları motivasiya edəcək. Həm də Ukrayna üçün faydalı olacaq”.
Bildiriblər ki, hərrac yeri və tarixi müəyyənləşməyib. Dəqiqləşdiyi zaman məlumat veriləcək. Onlar deyiblər ki, yüksək məbləğ qazanmağı gözləyirlər.