Aktrisa Mehriban Xanlarova bir neçə gündür sosial şəraitinin pis olması ilə gündəmə gələn Əməkdar artist Firuzə İbadovaya dəstək nümayiş etdirib.
OLAY yazır ki, İnstaqram hesabında müğənninin fotosunu paylaşan sənətçi bu sözləri yazıb:
“Sənətkara sağ ikən layiq olduğu dəyər ədalətli şəkildə verilməlidir. Daha sonra gec olur. Ömrünün yarısını Azərbaycan mədəniyyətinə həsr etmiş Baloğlan Əşrəfov və Zöhrə Abdullayevanın Əməkdar artist kimi vəfat etmələri hər kəsi üzdü. Firuzə xanım da illərini mədəniyyətimizin inkişafına həsr edib. Gec olmadan layiq olduğu dəyəri görməlidir. İnanıram ki, tezliklə onun sosial durumunun yaxşılaşdırılması üçün aidiyyəti qurumlar tərəfindən diqqət və qayğı göstəriləcəkdir”.