Türkiyəli məşhur müğənni Deniz Seki Azərbaycana gəlib.
OLAY yazır ki, o, Bakıda ad günü məclislərinin birində səhnə alıb.
Denizin bu şənlikdəki “look”u, makiyajı xüsusi diqqət çəkib. Öz makiyajını paylaşan Deniz Cennifer Lopezə bənzədiyinə eyham vuraraq dünya ulduzunun Bakı versiyası olduğunu deyib.
“Birazdan çox özəl məclisdə çıxış edəcəm. Məni elə bir komanda hazırladı ki, özümü tanımaqda çətinlik çəkirəm. Bütün Bakını, Azərbaycanı çox sevirəm”, - deyə Deniz bildirib.