İrem Derici ona azərbaycanlı xanımla xəyanət edən Cem Belevini məhkəməyə verməyə hazırlaşır.
OLAY yazır ki, sənətçi onunla birlikdə rol aldığı “Belki” adlı mahnısının klipini “Youtube”dan sildirmək niyyətindədir. İrem buna görə vəkillərinə təlimat verib, onlar Cemlə bağlı məhkəməyə sənədlər təqdim edəcəklər.
Qeyd edək ki, Derici sevgilisinin ona xəyanətini avtomobildə işlətdiyi əlavə telefonunu ələ keçirəndən sonra öyrənib.
Onu da bildirək ki, Cemin azərbaycanlı model Nərgiz Nəsrullayeva ilə eşq yaşadığı söylənilmişdi.