Olay
Olay

Samirə və TIX yenidən bir arada

Samirə və TIX yenidən bir arada

Ötən il adları eşq dedi-qodularında hallanan müğənni Samirə Əfəndi və Norveçi 2021-ci ildə Avroviziyada təmsil edən TIX (Andreas Haukeland) bir araya gəlib.  

OLAY yazır ki, tanınmış cütlük dünən İtaliyanın Turin şəhərində görüşüb.

Bu barədə Əfəndi instaqram hesabında məlumat yayıb.  Onun paylaşdığı videoda  TIX-lə əl-ələ gəzdiyi əks olunub.