Olay
Olay

Günel Şuşadan görüntülərini paylaşdı

Günel Şuşadan görüntülərini paylaşdı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova ( Azəri qızı) Şuşaya yollanıb. 

OLAY yazır ki, o, Birinci Beynəlxalq Kulinariya Festivalında səhnə alıb.

Günellə bərabər qardaşı Tunar Rəhman və atası Rəhman Zeynalov da orada olub. 

Günel Şuşada bir çox yerlərə baş çəkib. O mərhum Xalq artisti Bülbülün ev muzeyində “Sənsiz” əsərini oxuyub. Bundan başqa ifaçı qardaşı Tunar ilə birgə “Şuşanın dağları” mahnısını da səsləndirib. Zeynalova həmin anları sosial şəbəkə hesablarında paylaşıb.