Olay
Olay

Ülvira da “fəxri ad davası”na qoşuldu

Ülvira da “fəxri ad davası”na qoşuldu

Aparıcı Ülvira Qarayevada son zamanlar şou gündəmini zəbt edən “fəxri ad davası”na qoşulub. 

OLAY yazır ki, o, feysbuk hesabında status yazaraq belə istəyi olan şəxslərin kompleksli olduğunu qeyd edib:

 “O qədər ad-san düşkünləri var ki… Jurnalist özünü öldürür ki, “Əməkdar” adı alsın. Müğənni “Əməkdar” və “Xalq artisti” üçün ləbbey gedir. Digər incəsənət nümayəndələri “Əməkdar İncəsənət Xadimi” adını istəyirlər. Deyək ki, tanınmış jurnalistin adının qabağında “Əməkdar” oldu-olmadı, fərqi nədir? Bu sahədə ya tanınırsan, ya da yox. Yaxud da müğənni, artist, tanınmırsansa, ad sənə nə verəcək? Tanınırsansa da, nəyinə gərək? Həyatında nə dəyişəcək?

Nadirən özüm kimi düşünən insana rast gəlirəm. Əksəriyyət istəmirəm desə də, yalan danışır. Mənə görə insanın yaxşı, keyfiyyətli yaşamaq üçün daha artıq pul qazanmaq arzusu, tanınmaq istəyi anlaşılandır. Rəsmi ad-san tələbi natamamlıq kompleksidir”.