Olay
Olay

Bir gündə 3 türk məşhur Bakıda olacaq

Bir gündə 3 türk məşhur Bakıda olacaq

May ayından etibarən Türkiyənin bir çox məşhur müğənniləri Azərbaycanda konsert verəcək.

OLAY yazır ki, 10-a yaxın populyar sima Bakının müxtəlif məkanlarında çıxış edəcək.

Hətta bir tarixdə bir neçə ulduz fərqli salonlarda səhnə alacaq. Belə ki, mayın 21-də üç türk ulduz azərbaycanlı sevənləri qarşısına çıxacaq.

Onlar Murad Boz, Gökhan Türkmen və Emre Aydındır. Murat Bakı Konqres Mərkəzi, Gökhan Heydər Əliyev Sarayı, Emre isə “Elektra Hall”da səhnəyə çıxacaq.