Olay
Olay

“365 gün”ün qalasında diqqət çəkən görüntülər

“365 gün”ün qalasında diqqət çəkən görüntülər

Varşavada hotellərin birində “365 gün: Bu gün” adlı filmin təqdimatı olub.

OLAY yazır ki, 2020-ci ildə böyük səs-küyə səbəb olan “365 gün” filminin davamı olan ekran işinin qalasına Mikele Morrone və Anna-Maria Sieklaka da qatılıb. Onlar səmimi görüntüləri ilə diqqət çəkiblər. Gecədə filmin yeni qəhrəmanı Simone Suzinna da iştirak edib.

Qeyd edək ki, “365 gün” Blanka Lipinskanın eyniadlı əsəri əsasında çəkilib. Kitab üç hissədən ibarətdir. Filmin birinci hissəsi “Netflix”in ən çox izlənilən layihələri sırasındadır.